Prezident İlham Əliyev: Türkiyənin müdafiə sənayesi son illərdə çox böyük nailiyyətlər əldə edib

Prezident İlham Əliyev: Türkiyənin müdafiə sənayesi son illərdə çox böyük nailiyyətlər əldə edib

Türkiyənin müdafiə sənayesi son illərdə çox böyük nailiyyətlər əldə edib.

“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edən zaman deyib.

Dövlət başçısı bu xüsusda “Baykar” şirkətinin fəaliyyətinin aparıcı rol oynadığını vurğulayıb və bu şirkətin istehsal etdiyi məhsulların Vətən müharibəsi dövründə erməni işğalçılarının hərbi texnikasının məhv edilməsində oynadığı rolu bir daha qeyd edib.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün digər sahələrdə olduğu kimi hərbi və müdafiə sənayesi sahələrində də uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Poliqon.az

CATEGORIES
TAGS