Xəbərlər
Prezident Səlcuq Bayraqdarı “Qarabağ” ordeni ilə təltif edib

Türkiyənin “Baykar” şirkətinin texiniki direktoru Səlcuq Bayraqdar Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Qarabağ” ordeni ilə təltif edilib.
“Poliqon” xəbər verir ki, bu barədə Bakıda səfərdə olan “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar özünün “Twitter” hesabında bildirib.
“Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən “Qarabağ” ordeninə layiq görüldüyüm üçün böyük şərəf və qürur duyuram”, – deyə Səlcuq Bayraqdar qeyd edib.












