Prezident Silahlı Qüvvələr haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzalayıb

Prezident Silahlı Qüvvələr haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzalayıb

“Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik təsdiqlənib.

“Poliqon” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üçün ayrılıqda dinc və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydasını və təminat normasını altı ay müddətində müəyyən edib Azərbaycan Prezidentinə məlumat verməli və həmin Qanundan irəli gələn digər məsələləri həll etməlidir.

Poliqon.az

CATEGORIES
TAGS