Prezident: Xalqıma söz vermişdim ki, gün gələcək Azərbaycan Bayrağı işğal altında olan bütün torpaqlarda qaldırılacaq və bu gün gəldi
İyirmi il bundan əvvəl həm seçkilər ərəfəsində, həm də andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək və biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq.
“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında söyləyib.
“Xatırlayıram, beş il bundan əvvəl – 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi”, – deyə Prezident İlham Əliyev vurğulayıb.
CATEGORIES Xəbərlər