
“Prometey” proqram-aparat kompleksi BMP-3 PDM-ində sınaqdan keçirilib
“Yüksək Dəqiqlikli Komplekslər” holdinqinin “Prometey” proqram-aparat kompleksi Rusiya Müdafiə Nazirliyinin poliqonlarında seriyalı istehsal olunan BMP-3 piyada döyüş maşınında (PDM) sınaqdan keçirilib.
“Poliqon” “Yüksək Dəqiqlikli Komplekslər” holdinqinə istinadən xəbər verir ki, hərbi poliqonlarda sınaqdan keçən “Prometey”, mütəxəssislər tərəfindən müsbət qiymət alıb.
Belə ki, mütəxəssislər kompleksin bütün əsas göstəricilərini və texniki xüsusiyyətlərini təsdiqləyərək, ona müsbət qiymət veriblər. Hazırda “Prometey” dövlət sınaqlarına hazırlanır.
“Prometey” proqram-aparat kompleksi “Yüksək Dəqiqlikli Komplekslər” holdinqi tərəfindən döyüş maşınları, hərbi və mülki nəqliyyat vasitələrinin uzaqdan idarə edilməsi üçün hazırlanıb.
Həmçinin bax: Rusiya istənilən tankı və PDM-i döyüş robotuna çevirə bilər