PUA üçün naqilli ağıllı enerji təminatı sistemi yaradılıb

Ukraynanın Odessa şəhərindən olan “Spaitech” Elmi-İstehsalat Müəssisəsi “Winder” naqilli ağıllı elektrik stansiyasını işə salıb.
“Poliqon”un məlumatına görə, şirkət, özünün “Windhower” PUA-sı üçün əlavə avadanlığı nümayiş etdirmiş və onu uğurla istismara vermişdir. Bu avadanlıq, “Winder” naqilli ağıllı elektrik stansiyasıdır. Bu stansiyanın əsas məqsədi PUA-nın 110 metr hündürlükdə sabit coğrafi nöqtədə uzun müddət qalmasını təmin etməkdir.
Hazırda “Windhower” PUA və “Winder” naqilli ağıllı enerji təchizatı sistemindən ibarət olan cütlük, mülki və hərbi sahələrdə geniş miqyaslı tapşırıqların icrasını təmin edə bilər.
“Windhower” + “Winder” cütlüyünün istifadəsinin digər üstünlüyü isə həm mülki, həm də hərbi sahədəki tapşırıqları yerinə yetirməkdən ötrü ənənəvi vasitələrdən istifadə ilə müqayisədə qiymətinin nisbətən aşağı olmasıdır.

Əhəd Əzizov




