“Qəssab” ləqəbli erməni generalı öldü

Ermənistanın müdafiə nazirinin keçmiş müavini, “Yerkrapa” könüllülər təşkilatının rəhbəri, general Manvel Qriqoryan ölüb. 
“Azeri Defence”nin Ermənistan mediasına istinadən verdiyi məlumata görə, Manvel Qriqoryan noyabrın 19-da ölüb.
Xocalıda və digər yaşayış məntəqələrində azərbaycanlılara qarşı soyqırımların törədilməsində iştirak etmiş, Füzuli və Cəbrayılın işğalına rəhbərlik etmiş Manvel Qriqoryan Ermənistan Ordusunda qəddarlığına görə, “Myasnik” (“Qəssab”) ləqəbi ilə tanınıb. O, 1993-1994-cü illərdə Ağdərə istiqamətində döyüşlərdə qaçmasınlar deyə erməni əsgərlərini zəncirlə maşınlara və postlara bağlatdırıb.
Qriqoryan 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusunun kamikadze pilotsuz uçuş aparatı ilə endirdiyi zərbədən yaralansa da sağ qalıb.
2018-ci ilin iyun ayında əsgərlər üçün nəzərdə tutulan ərzaqların və əşya əmlakının mənimsənilməsinə və qanunsuz silah saxlamağa görə həbs edilib.




