Qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb

Qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb

Dekabr ayının 04-də saat 21:40-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonu Qapıçıməhəllə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, Dövlət Sərhəd Xidməti tərəfindən keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 22:00 radələrində Astara rayon Pensər kəndi ərazisində 07-BF-653 dövlət qeyydiyyat nişanlı “Ford tranzit” markalı avtomobil şübhə doğurduğu üçün saxlanılıb.

Avtomobili idarə edən şəxsin Astara rayon Pensər kənd sakini 1978-ci il təvəllüdlü Məmmədov Güloğlan Həsənağa oğlu olması müəyyən edilib. Avtomobilə baxış zamanı 3 ədəd bağlamada ümumi çəkisi 42 kiloqram 75 qram narkotik vasitəyə bənzər maddələr (19 kq 70 qram “heroin”, 11 kq 620 qram “həşiş”, 4 kq 525 qram “marixuana”, 4 kq 40 qram “tiryək”, 2 kq 820 qram “metamfetamin” və 4190 ədəd “metadon-40” psixotrop həbləri) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Poliqon.az

CATEGORIES