RegionSənaye

Qazaxıstan ASELSAN-la birgə ildə 3 min radiostansiya istehsal edəcək

Texonologiya mübadiləsinə dair Qazaxıstanın KAE və Türkiyənin ASELSAN şirkətləri arasında razılaşmaya dair saziş artıq imzalanıb.

“AzeriDefence”nin “Kazakhstan Engineering” Dövlət Şirkətinin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, şirkətin baş direktoru Erlan İdrisov bildirib ki, layihə informasiya təhlükəsizliyinin təmin olunması baxımından önəmlidir.  İstehsal olunacaq radiostansiyalar dövlət qurumlarının və silahlı qüvvələrin istismarına veriləcək. Müəssisə ilk məhsullarının istehsalına 2017-ci ilin əvvəlində başlayacaq.

“Kazakhstan Aselsan Engineering” şirkətinin baş direktorunun müavini Aiır Alşınbay isə deyib ki, ilkin mərhələdə 3 min radiostansiyanın istehsalı planlaşdırılır.

Onun sözlərinə görə, hazırda müəssisədə 96 nəfər çalışır və bu say tədris müəssisələri ilə əladə olunan razılaşmaya əsasən məzunların hesabına 20 nəfər də artırılacaq.

 

Back to top button