Qazaxıstan hərbi parad keçirib – FOTOLAR

Mayın 7-də Qazaxıstanda “Vətənin müdafiəsi” günü münasibətilə hərbi parad keçirilib.

“AzeriDefence” Qazaxıstan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, “Otar” hərbi bazasında keçirilən hərbi paradda Qazaxıstan prezidenti Nursultan Nazarbayev başda olmaqla Silahlı Qüvvələrinin hərbçiləri, Dövlət Mühafizə Xidməti, Qazaxıstan Daxili İşlər Nazirliyinin xüsusi əməliyyat bölüyü iştirak ediblər.

Hərbi parada təxminən 3 min hərbçi, 300-ə yaxın hərbi texnika və 40-ə qədər pilotsuz uçuş aparatı cəlb edilib. Parad iki hissədən ibarət olub. Birinci hissədə hərbçilərin təltif olunma mərhələsi keçirilib. İkinci mərhələdə isə müasir silah və hərbi texnikalar mərkəzə gətirilib və onların döyüş qabiliyyəti tədbir iştirakçılarına nümayiş olunub.

 

CATEGORIES