
May ayının 7-də Qazaxıstan Silahlı Qüvvələrinin yaranmasının 25 illiyinə həsr olunmuş hərbi paradda “Kazakhstan ASELSAN Engineering” (KAE) şirkətinin radiotexniki kəşfiyyat və döyüş modulu ilə silahlandırılmış nəqliyyat vasitələri nümayiş olunacaq.
Bu barədə “AzeriDefence”yə “Kazakhstan Engineering” şirkətindən məlumat verilib.
Paradda “Sarp” döyüş modulu, habelə “Şahingözü” EO sistemi və “Acar” müşahidə radarı ilə komplektləşdirilmiş “Arlan” zirehli maşını ilk dəfə keçid edəcək.
Qeyd edək ki, “Sarp” döyüş modulu “Arlan” maşınlarının silahlanmasına daxil edilib. Döyüş modulu Qazaxıstanda istehsal edilir.




