
Qazaxıstan istehsalı olan ilk pilotsuz uçuş aparatları (PUA) 2017-ci ildə silahlanmaya təqdim olunacaq.
“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, bu barədə açıqlamanı “Qazaxıstan aviasiya industriyasi” şirkətinin PUA-lar üzrə bölməsinin rəisi Jantu Mamaşev verib.
O deyib ki, PUA-lar Qazaxıstanda İsrail texnologiyası üzrə yaradılacaq. İstehsal prosesi Astanada aviasiya texnologiyası mərkəzində reallaşacaq. Artıq bununla bağlı zəruri texniki və kadr təminatı işləri həyata keçirilib.
J. Mamaşevin sözlərinə görə, bundan başqa qazaxıstanlı hərbçilərin İsraildəki tədris-təlim mərkəzində təhsil almasına dair də razılaşma əldə olunub. İlkin mərhələdə 5-10 PUA kompleksinin istehsalı nəzərdə tutulub. Növbəti illərdə isə bu say artırılacaq.
Şöbə rəisi qazaxıstanlı hərbçilərin İsaraildəki tədris-təlim mərkəzində təhsil alacaqlarına dair razılaşmanın əldə olunduğunu da qeyd edib.
J. Mamaşev deyib ki, buna qədər əladə olunan razılaşmaya əsasən isə Qazaxıstan Ordusunun silahlanmasına İsrailin “Elbit Systems” şirkətinin “Skylark” və “Hermes” PUA-ları verilib.



