RegionXəbərlər

Qazaxıstan Ordusunun müasir silah və texnika ilə təchizatı prioritet istiqamət elan olunub

Qazaxıstan Ordusunun müasir silah-texnika ilə təchiz edilməsi, qoşunlarda və müdafiə sənayesi müəssisələrində avadanlıqların təmiri tempinin artırılması ölkə üçün prioritet istiqamətlərdir.

“Poliqon” xəbər verir ki, bu barədə Almatıda yerləşən Quru Qoşunlarının Hərbi İnstitutunda Qazaxıstanın müdafiə naziri general-leytenant Dauren Kosanovun sədrliyi ilə keçirilən iclasda bildirilib.

Müdafiə naziri vurğulayıb ki, qoşunların səfərbərlik hazırlığı, döyüş qabiliyyəti, texniki təchizatı, idarəetmə və təlim proseslərinin rəqəmsallaşdırılmasının daha da təkmilləşdirilməsi vacib məsələdir.

O, həmçinin Qazaxıstan Ordusunun müasir silah və hərbi texnika, xüsusən də hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları, artilleriya, raket kompleksləri və sursatla təchiz edilməsinin, eləcə də qoşunlarda və müdafiə sənayesi müəssisələrində avadanlıqların təmiri tempinin artırılmasının prioritet istiqamətlər olduğunu qeyd edib.

Back to top button