Qazaxıstan Xəzərdə müasir gəmi təmiri zavodu və tərsanə tikəcək
Cənubi Koreya şirkəti olan “STX Offshore & Shipbuilding Co., Ltd” Qazaxıstana Xəzər dənizində tərsanə və gəmi təmiri zavodunun tikintisinə kömək edəcək.
“Kazakhstan Engineering” şirkətinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, şirkətlər arasında bununla bağlı razılaşmaya dair memorandum “KADEX-2012” hərbi sərgisində “Kazakhstan Engineering” şirkətinin vitse-prezidenti Dimaş Bijanov və “STX Offshore & Shipbuilding Co., Ltd.” Şirkətinin baş icraçı direktoru Djinq-Çil Do arasında imzalanıb.
Məlumatda o da qeyd olunub ki, əməkdaşlıq çərçivəsində tərsanə və gəmi təmiri zavodunun tikintisi ilə yanaşı tərəflər arasında təcrübə mübadiləsi də aparılacaq. Həmçinin, hazırda fəaliyyətdə olan gəmi təmiri zavodlarından birinin modernləşməsi prosesi həyata keçiriləcək.
Layihənin həyata keçirilməsi üçün birgə işçi qrup da yaradılıb