Qazaxıstan yeni pilotsuz uçuş aparatının sınaqlarını keçirib

Qazaxıstan yeni pilotsuz uçuş aparatının sınaqlarını keçirib

Qazaxıstanın Milli Müdafiə Universiteti tərəfində yeni yaradılan “Şağala” adlı pilotsuz uçuş aparatının (PUA) sınaqları keçirilib.

Bu barədə “Poliqon” Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

“Şağala” PUA-nın eksperimental modelinin ilk çöl sınaqlarının uğurla nəticələndiyi bildirilib.

“Şağala” PUA-nın uçuş məsafəsi 30 kilometr, havada qalma müddəti 2.5 saat təşkil edir.

Məlumatda o da qeyd olunub ki, “Şağala” pilotsuz uçuş aparatının sınaqları tamamlandıqdan sonra seriyalı istehsal üçün Qazaxıstanın müdafiə-sənaye kompleksinə veriləcək.

EteB0pQXMAMhpTJ

3 1

2 1

CATEGORIES
TAGS