Qazaxıstanda yığılan Mi-8AMT helikopterləri sifarişçiyə çatdırılıb

Qazaxıstanda yığılan Mi-8AMT helikopterləri sifarişçiyə çatdırılıb

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinə bağlı “Kazaviakutkaru” şirkətinə ölkədə yığılan iki ədəd Mi-8AMT helikopteri təhvil verilib.

“Poliqon” Qazaxıstanın “Kazakhstan Engineering” şirkətinə istinadən xəbər verir ki, bu helikopterlər tibbi, axtarış-xilasetmə və nəqliyyat xidmətlərində təhlükəsizlik və səmərəliliyin yeni səviyyəsini təmsil edir.

Əlavə yanacaq çənləri ilə uçuş məsafəsi 610 km-dən 1100 km-ə qədər artırılan Mi-8AMT helikopterində uçuşların təhlükəsizliyinə və funksionallığına xüsusi diqqət yetirilir. Uçuş təhlükəsizliyini və mühərriklərin mühafizəsini təmin etmək məqsədilə helikopterlərə ilk dəfə Qazaxıstanın “Tynys” şirkətinin istehsalı olan tozdan mühafizə qurğuları quraşdırılıb. Bu, avadanlıq etibarlılığının və dayanıqlığının artırılmasında mühüm addımdır.

Qeyd olunub ki, tərəfdaşları ilə birlikdə “Kazakhstan Engineering” şirkətlər qrupu helikopter avadanlıqlarının istehsalı və çatdırılmasının gələcək təşkili üçün lazımi dəstəyi göstərməyə hazırdır.

CATEGORIES
TAGS