Qazaxıstanın nümayəndə heyəti Milli Müdafiə Universitetində olub

Qazaxıstanın nümayəndə heyəti Milli Müdafiə Universitetində olub

Azərbaycanda səfərdə olan Qazaxıstan Müdafiə Nazirliyinin Hərbi Təhsil və Elm Departamentinin nümayəndə heyəti Milli Müdafiə Universitetində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyev qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib.

Daha sonra qonaqlara Milli Müdafiə Universitetinin tarixi, struktur və təhsil səviyyəsinin təşkili haqqında geniş brifinq təqdim olunub.

Görüşdə hər iki ölkə arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Poliqon.az

CATEGORIES