Qəbələ RLS-lə bağlı milli qrupun tərkibi təsdiqlənib

Prezidenti İlham Əliyevin Qəbələ radiolokasiya stansiyasının (“Daryal” analitik-informasiya mərkəzi-RLS) statusu və icarə prinsipləri və istifadəsi haqqında danışıqlarda milli qrupun tərkibini təsdiqləyib. ADN-in «E-qanun» saytına istinadən verdiyi məlumata görə, prezidentin sərəncamı ilə Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov milli danışıqlar qrupuna rəhbər təyin olunub.

Qrupun tərkibinə müdafiə naziri Səfər Əbiyev, maliyyə naziri Samir Şərifov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, xarici işlər nazirinin müavini Xələf Xələfov, daxili işlər nazirinin müavini Oruc Zalov, vergilər nazirinin müavini Sahir Məmmədxanov, Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov, Milli Təhlükəsizlik Nazirliyinin baş idarəsinin rəisi Nizami Şirinov və Qəbələ rayonunun İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev daxildir.

Sərəncamda qrupa Qəbələ RLS-ın statusu, icarə prinsipləri və istifadə məsələləri zamanında Rusiya ilə razılaşdırmaq tapşırığı verilib.

Qeyd edək ki, Qəbələ RLS-in icarə müddəti 2012-ci il yanvar ayının 1-də başa çatıb.

KATEQORIYA: