Qətər Fransadan döyüş təyyarələri alıb

Qətər Fransadan döyüş təyyarələri alıb

Fransanın “Dassault Aviation” şirkəti tərəfindən Qətər Hərbi Hava Qüvvələrinə (HHQ) 4 ədəd çoxfunksiyalı “Dassault Rafale DQ” döyüş təyyarəsi çatdırılıb.

“Poliqon” xəbər verir ki, bu barədə “Dassault Aviation” şirkəti məlumat yayıb.

2015-ci ilin may ayında Qətərlə Fransanın “Dassault Aviation” şirkəti arasında 24 ədəd dördüncü nəsil çoxfunksiyalı “Dassault Rafale” təyyarəsinin alınması ilə bağlı dəyəri 6,3 milyard avro olan müqavilə imzalanıb. 2017-ci il dekabrın 7-də isə əlavə 12 ədəd “Rafale” təyyarəsinin çatdırılması sifariş verilib.

Son sifariş üzrə Qətərə ilk döyüş təyyarəsi 2020-ci ilin aprelində çatdırılıb.

Qeyd edək ki, “Rafale” döyüş təyyarəsi Fransa və Qətər ilə yanaşı, Hindistan, Misir kimi ölkələrin HHQ-ləri tərəfindən istifadə olunur. “Rafale” Əfqanıstan, Liviya, Mali, İraq və Suriya döyüşlərində istifadə edilib.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS