Qətər HDQ “Al Khor” korvetini təhvil alıb

Qətər HDQ “Al Khor” korvetini təhvil alıb

İtaliyanın “Fincantieri” şirkəti “Al Zubarah” sinifinə aid “Al Khor” korvetini Qətər Hərbi Dəniz Qüvvələrinə (HDQ) təhvil verib.

“Poliqon” xəbər verir ki, bu barədə “Fincantieri” şirkəti məlumat yayıb.

Məlumatda bildirilib ki, Qətər Müdafiə Nazirliyi tərəfindən başladılan proqram çərçivəsində Hərbi Dəniz Qüvvələrinə ümumilikdə 4 ədəd “Al Zubarah” sinifinə aid korvetin tədarük edilməsi nəzərdə tutulub. Qətər HDQ-ə tadrük edilən “Al Khor” bu sinifə daxil olan üçüncü korvetdir.

Qeyd edək ki, uzunluğu 107 metr olan “Al Zubarah” korvetləri 98-112 personal tutumuna, maksimum 28 dəniz mili sürəti ilə üzmək bacarığına, əlavə təminat olmadan suda 21 gün fəaliyyət göstərmək və bir ədəd çox məqsədli NH90 helikopterini qəbul etmək imkanına sahibdir.

Poliqon.az

CATEGORIES
TAGS