“Qığılcım-5” seysmik mina partladıcı – EKSKLÜZİV- FOTO
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) mütəxəssisləri tərəfindən hazırlanmış “Qığılcım-5” adlı qurğu düşmən tərəfindən qorunan ərazini pozmaq, sonra avtomatik və əl rejimində partlatma komandasını yerinə yetirmək üçün nəzərdə tutulur.
Qurğuya 10 ədəd SV2-10 TS (CB2-10Ц) seysmik detektor, 1 ədəd elektron məlumat əldə edən qurğu (EDAU), nəzarət qurğusu, təkrar doldurulan batareya (RB) və 6 min metr uzunluğunda məftil (SPP-2) daxildir.
Qurğu 250 metr məsafədə, 500 metr enində sahədə minaları partladaraq məhv etmə qabiliyyətinə malikdir.
Əməliyyat zamanı EDAU-ya maksimum 10 ədə seysmik detektor və 10 ədəd mina qoşmaq mümkündür. “Qığılcım” minaları 5 saniyədən bir partladır.
Seysmik detektorun çəkisi 0.44 kq, EDAU-nun çəkisi 9.250 kq, nəzarət qurğusunun çəkisi 2.1 kq-dır.