Xəbərlər

Qırğızıstan-Tacikistan sərhədində atışmada 20 nəfər ölüb, 150 nəfər yaralanıb

Qırğızıstan və Tacikistan sərhədində hər iki ölkənin silahlı qüvvələri arasında atışma davam edir.

“Poliqon” xəbər verir ki, bu barədə Qırğızıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, aprelin 29-da Qırğızıstan-Tacikistan sərhədində yaranmış qarşıdurmada 20 nəfər həlak olub, 150 nəfər yaralanıb.

Qırğızıstan tərəfi münaqişə bölgəsindən 13500 nəfər vətəndaşını evakuasiya edib.

Qırğızıstan-Tacikistan sərhədində delimitasiya olunmamış ərazilərin mövcud olması bölgədə müntəzəm qarşıdurmalar baş verməsinə səbəb olur. Tərəflər sərhəddə insidentlərlə görə bir-birini ittiham edir.

Poliqon.az

Back to top button