“Qış Təlimi-2023”də “Yüksək Səviyyəli Müşahidəçi Günü” başlayıb

“Qış Təlimi-2023”də “Yüksək Səviyyəli Müşahidəçi Günü” başlayıb

Türkiyənin Qars şəhərəində keçirilən “Qış Təlimi-2023” birgə təlimlərində “Yüksək Səviyyəli Müşahidəçi Günü” başlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirlib ki, “Yüksək Səviyyəli Müşahidəçi Günü”nə Türkiyənin milli müdafiə naziri Hulusi Akar, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze qatılıb.

Qeyd edək ki, Qars şəhərinin Sarıqamış bölgəsində keçirilən “Qış Təlimi-2023”də hərbi qulluqçular ssenariyə uyğun olaraq qarlı və şaxtalı hava şəraitində fərqli döyüş tapşırıqlarını yerinə yetirirlər. 17 ölkənin iştirak etdiyi birgə təlim bu gün başa çatacaq.

Poliqon.az

CATEGORIES
TAGS