Müdafiə

Qoşunlarda yeni tədris dövrü başlayıb

Azərbaycan Ordusunun qoşun növ və qisimlərinin birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrü başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, bütün hərbi hissələrdə mitinqlər təşkil edilib və burada tədris dövrü üçün əsas məqsədlər və vəzifələr, eləcə də onların icra qaydaları diqqətə çatdırılıb.

“Ordumuzda tədris prosesi Ali Baş Komandanın tələblərinə, müdafiə nazirinin əmr və sərəncamlarına müvafiq olaraq döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə quruda, dənizdə, havada real təhdid və risklərin nəzərə alınması ilə təşkil edilərək keçiriləcək”, – deyə Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Dərslərin ilk günü bütün hərbi hissələrdə yüksək effektivlik və keyfiyyəti ilə  fərqlənən döyüş hazırlığı üzrə məşqlər keçirilib.

14efc39a5350367de8e839dd9f8f1b76

98b8057154d449f1446feba235d253b1

465b1e38cd8eddb0b1906d405afa11de

874962fbf78bd1e4c6cf2ed6a52866dd

b5baf750c53509489325fe61670954a8

c94186858076768e0b70a3c9ade5732e

db7316f6313521c030c168476a106e22

9ade38eac6189a0d23ae2db55c99720d

Back to top button