Xəbərlər

Qurban bayramı Şuşa şəhərində qeyd olunub

Qurban bayramı münasibətilə Şuşa şəhərində Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirakı ilə təntənəli tədbir keçirilib.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə ümummilli lideri Heydər Əliyevin, birinci Qarabağ və Vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub.

Bayram tədbirində çıxış edən komandir heyəti hərbi qulluqçulara bayramı münasibətilə Ali Baş Komandanın və Müdafiə nazirinin təbriklərinin çatdırıb, onların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin dövlətin diqqət və qayğısı sayəsində daim davam etdirildiyini vurğulayıblar.

“Hərbi qulluqçuların iştirakı ilə keçirilən tədbirdə qurbanlar kəsilib, onlar üçün bayram süfrələri təşkil olunub. Bayram mərasimi şəxsi heytin şəhərdə təntənəli keçidi ilə sona çatıb”, – deyə Nazirlikdən bildirilib.

Poliqon.az

Back to top button