Xəbərlər

Quru Qoşunlarında döyüş maşınları heyətlərinin yarışı keçirilir – FOTO/VİDEO

Təsdiq olunmuş döyüş hazırlığı planına əsasən Quru Qoşunlarında  “Ən yaxşı PDM-2, PDM-3 və ZTR-82A heyəti” adı uğrunda yarış keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, şəxsi heyətin döyüş hazırlığını yüksək səviyyədə saxlamaq məqsədilə keçirilən yarış dörd mərhələdən ibarətdir.

Fiziki hazırlıq, atəş hazırlığı və sürücülük üzrə tapşırıqları icra edən hərbi qulluqçular, yarışın qaydalarına uyğun olaraq fərdi və heyət şəklində normativləri də yerinə yetirirlər.

Yarış noyabrın 4-dək davam edəcək.

yaris2

Yaris3

yaris4

Poliqon.az

Back to top button