Quru Qoşunlarının birləşmələri ilə komanda-qərargah təlimləri keçirilir

Quru Qoşunlarının birləşmələri ilə komanda-qərargah təlimləri keçirilir

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının birləşmələri ilə komanda-qərargah təlimləri keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, təlimə cəlb olunan birləşmə və hissələr müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilib, ehtiyat və təyinat rayonlarına çıxarılaraq idarəetmə orqanlarının ərazidə açılması təmin olunub.

Tapşırıqların icrası ilə bağlı bölmələrin fəaliyyətləri xəritə üzərində dəqiqləşdirilir, komandirlər tərəfindən qəbul edilmiş qərarların məruzələri dinlənilir.

Komanda-qərargah təlimlərinin keçirilməsində əsas məqsəd bölmələrin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaq, eləcə də qərargahların fəaliyyətini və bölmələr arasında qarşılıqlı əlaqəni daha da təkmilləşdirməkdir.

Təlimdə qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.

d316929a4aeba4810c595e8644e3dbfc d5b32be6ef228155f228c827dceef3bf

Poliqon.az

CATEGORIES
TAGS