Rəşad Süleymanov Türkiyə-Azərbaycan müdafiə sənayesi əlaqələrinə böyük töhfələr verib

Rəşad Süleymanov Türkiyə-Azərbaycan müdafiə sənayesi əlaqələrinə böyük töhfələr verib

Bu gün “Poliqon” (“Azeri Defence”) hərbi-texnoloji jurnalının mərhum təsisçisi və baş redaktoru Rəşad Süleymanovun ad günüdür. Yaşasaydı 39 yaşı tamam olacaqdır. Rəşad Süleymanovun xatirəsinin yaşadılması üçün “Poliqon” saytında “Rəşad xatirələrdə” rubrikası yaradılıb. Bu rubrikada Rəşad sevənlərin – dostları, tanışları və yaxınlarının onun keçdiyi həyat yolu, gördüyü işlər, yaradıcılığı və s. haqqında müsahibələri dərc ediləcək.

Rəşad xatirələrdə rubrikasında ilk müsahibimiz “Poliqon” jurnalının baş redaktoru Zaur Babaşovdur.

Zaur bəy, Rəşad Süleymanovla tələbə yoldaşı, iş yoldaşı və dost olmusunuz. Rəşadla bağlı nələri deyə bilərsiniz?

Əziz və dəyərli dostum Süleymanov Rəşadla 20 ildən artıq müddətdə sözün həqiqi mənasında dostluq etmişik. Buna görə də Rəşadla bağlı xatirələrim bir müsahibəyə sığmayacaq qədər çoxdur. İlk tanışlığımız 1999-cu ildə, tələbəçilik illərinə təsadüf edir. Həmin il Füzuli rayonundan Rəşad və mən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunmuşduq. İndiyənə kimi yadımdadır, Rəşəd arxa sırada əyləşər, boş vaxtlarında şeir yazardı.

86d0a26f 80f8 4dbd 904f dd1e58f78322

Çox sakit və mehriban idi. Hər zaman üzündə təbəssüm olardı. Rəşad qısa müddətdə öz intellekti, tərbiyəsi və səmimiyətilə hamının hörmətini qazanmışdı. Auditoriyada çox aktiv olmağa başlamışdı. Rəşədın özünəməxsusluğu vardır. Hər zaman maraqlı ideyalarla çıxış edərdi və bu fikirlərini əsaslandırıb, onun arxasınca gedərdi. Savadına arxayın idi. Həmişə sözündə düz olardı. Düz bildiyi yoldan onu heç kim çəkindirə bilməzdi. Gün keçdikcə bir-birimizə daha çox qaynayıb-qarışmışdıq.

Rəşad Süleymanovla dostluq münasibətləriniz necə yarandı?   

Rəşadla hər zaman yollarımız birləşirdi. Beləliklə yoldaşlıq münasibətlərimiz yaranmağa başlamışdı. Taleh elə gətirdi ki, 2000-2002-ci illərdə mən Silahlı Qüvvələrdə hərbi xidmətdə, 2001-2003-cü illərdə isə Rəşad DSX Sərhəd Qoşunlarının sıralarında həqiqi hərbi xidmətdə olduq. Hərbi xidməti bitirib Universitetə qayıtdıqdan sonra, il fərqinə görə əvvəl oğuduğumuz qurupdan kənar

557099 10151331765952556 909381729 n 1

düşdük. Və ikimizdə yeni bir qrupda ali təhsilimizi davam etdirdik. Rəşadın çox dəqiq proqnoz etmək qabiliyyəti də vardır. Həyatı boyunca etdiyi proqnozların hamısının dəqiq olduğunun şahidi olurduq. Heç yadımdan çıxmır. Tələbəliyimizin son ili ərəfəsində, bir gün Rəşad mənimlə görüşmək istədiyini bildirdi və məni Bakıdakı Şuşa restoranına dəvət etdi. Mənə “bu gün doğum günümdür, istədim bu günümü mənə ən yaxın olan dostumla birlikdə keçirim” dedi. Məkan seçminin belə adına görə olduğunu bildirdi və əminliklə dedi ki, “Zaur biz bir gün mütlləq dogma Qarabağımıza, Şuşamıza qayıdacağıq”. Bu söhbətdən 15 il sonra bizim xalqımız Ali Baş Komandanımızın rəhbərliyi altında “dəmir yumuruq” olaraq birləşdi və Müzəffər Ordumuzun sayəsində uzun illər həsrətində olduğumuz torpaqlarımıza, o cümlədən Qarabağın tacı olan Şuşamıza qovuşduq.

Rəşad Süleymanovun iş fəaliyyəti haqqında nələri deyə bilərsiniz?

2003-cü ildən əmək fəaliyyətinə başlayan Rəşad Süleymanov müxtəlif illərdə müvafiq olaraq “Həftə içi”, “Veteran”, “Fədai”, “Ekspress” və “525-ci” qəzetlərdə, İctimai Televiziyada və APA İnformasiya Agentliyində jurnalist işləmişdir.

2012-ci ildə “Azeri Defence” hərbi-texnoloji jurnalını və eyni adlı hərbi xəbər saytını təsis etmişdir. Azərbaycanda yeganə hərbi-texnoloji istiqamətli jurnal olan “Azeri Defence”nin bu günədək 51 sayı və əlavə 5 beynəlxalq sərgidə Xüsusi Buraxılışı olub. Ümumilikdə 8 il ərzində 56 sayı çapdan çıxıb. “Azeri Defence” jurnalı 10-dan artıq beynəlxalq müdafiə sərgisinin rəsmi media tərəfdaşıdır. Yeddi beynəlxalq və regional əhəmiyyətli hərbi nəşr və ciddi informasiya resursu ilə əməkdaşlıq razılaşması var.

Jurnalın abunəçiləri arasında Azərbaycan silahlı qüvvələri, güc strukturları, müdafiə sənayesi müəssisələri və şirkətləri, təhsil müəssisələri, o cümlədən hərbi sahə ilə maraqlanan vətəndaşlar yer alır.

Mənim “Azeri Defence” jurnalına gəlməyim 2016-cı ilin şanlı Aprel döyüşlərinə təsadüf etdi. Həmin30704243 843850395801093 5162590100411908096 n vaxt redaksiyada tam hərbi qayda qanun hökm sürürdü. Rəşad Süleymanovun rəhbərliyi altında redaksiya heyəti əsasən düşmən tərəfin dezinformasiyalarının qarşısını almaq, əhalini dəqiq və rəsmi informasiyalarla məlumatlandırmaq üçün çalışırdı. Bununla yanaşı Rəşad Süleymanov yerli mediyada təcrübəsizlik və ya məlumatsızlıqdan irəli gələrək, ordumuzun döyüş əməliyyatlarına maneçilik yaradacaq, məxfiçilik qıfılı daşıyan məlumatların yayımlanmasının qarşısını alırdı. Mən bu gün fəxrlə deyə bilərəm Rəşad Süleymanovun hərbi jurnalistika məktəbini keçmişəm. Bu məktəbi keçmək mənim üçün heç də asan olmayıb. Rəşad işində çox ciddi və tələbkeş idi. İş müddətində dostluq münasibətləri heç bir rol oynamırdı. İş hər bir şeydən öndə gəlirdi. İşimiz spesifik sahə olmaqla yanaşı gərgin əmək, çətin və məsuliyyətli qərarlar tələb edir. Əsas amalımız naminə bütün çətinliklərə sinə gəlməyi bacardıq. Beləliklə, işlərimizi daha da irəliyə aparmaq, fəaliyyətimizi genişləndirmək imkanı qazandıq.

“Azeri Defence” adı jurnalın fəaliyyətini Azərbaycanla məhdudlaşdırır, bəzi beynəlxalq platformalarda lokal media kimi qəbul edilməyinə səbəb olurdu. Jurnalın fəaliyyətinin daha da genişləndirilməsi üçün rebrendinq edilməsi vacib sayıldı və “Poliqon” adı seçildi. Süleymanov Rəşadın daha çox planları və ideaları var idi. Hərbi jurnalistikada kifayət qədər söz sahibi olmuş Süleymanov Rəşadın ideya və prinsipləri hər zaman dövlətimizin və xalqımızın mənafeyinə xidmət23632696 10155852591217556 1312640434485697916 o edib. Lakin ömür vəfa etmədi. Onun bu ali ideya və planları jurnalımızda həyata keçirilir. Rebrendinq edilməsi ilə əlaqədar olaraq “Azeri Defence” jurnalı nəşrini 1 yanvar 2021-ci il tarixindən “Poliqon” adıyla davam etdirir. Jurnalımızın ad dəyişimi ilə yanaşı, mövzu və tərtibatında da dəyişikliklər olub. Texnoloji mövuların ağırlığı artırılıb. Perspektiv hədəf jurnalın regional nəşr olaraq tanıdılması və əhatə dairəsinin genişləndirilməsidir.

Zaur bəy, Rəşad Süleymanovun jurnalistikadakı xidmətlərini qısa olaraq necə təcəssüm edə bilərsiniz?

Rəşad Süleymanov hərbi jurnalistikamızda silinməz izlər qoymuş hərb və müdafiə sahəsində ixtisaslaşan az saylı jurnalistlərdən biri idi. Onun yüksək peşəkarlığı və istedadı jurnalistika cameəsində daim yüksək qiymətləndirilirdi. Jurnalist kimi fəaliyyət göstərdiyi 17 ildə hərbi sahə üzrə ixtisaslaşmış, bu istiqamətdə müxtəlif təlim kurslarının, seminarların iştirakçısı olmuş, ayrı-ayrı vaxtlarda yerli jurnalistlər üçün şəxsi təşəbüslərlə bu mövzuda treninqlər vermişdi.

Uzun illər mətbuat sahəsində çalışan və onun inkişafında xüsusi xidməti olan Rəşad Süleymanov fəaliyyəti dövründə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, ANAMA, eləcə də digər güc strukturları tərfindən müxtəlif medal və mükafatlarla təltif edilmişdir.

Rəşad Süleymanovun müdafiə sənayesi sahəsindəki təcrübələrini bizimlə bölüşə bilərsinizmi?

Rəşad Süleymanov müdafiə sənayesi sahəsini çox yaxşı bilirdi. Onun, demək olar ki, dünyanın əksər müdafiə sanayesi şirkətləri ilə gözəl əlaqəsi var idi. Ölkə daxilində və xaricdən müdafiə məhsulları ilə bağlı daim onun fikirlərini və məsləhətlərini öyrənirdilər. Bununla bağlı Azərbaycanın dövlət qurumlarında mühazirələri olurdu. Rəşadı Azərbaycanda olduğu kimi region ölkələrində də müdafiə sənayesi sektorunda çox yaxşı tanıyırdılar. Biz xarici ölkələrdə müdafiə sənayesi sərgilərində olanda müxtəlif ölkə şirkətlərinin nümayəndələrinin Rəşadla münasibətlər qurmağa can atdığının şahidi olurduq. Bir neçəsindən belə eşitmişdim. Deyirdilər: “Azərbaycanda məhsulunun tanınmasını, işlərinin yaxşı getməsini istəyirsənsə Rəşadla tanış ol”. Hətta bir dəfə maraqlı belə bir vəziyyətlə rastlaşdıq. Deməli, bir dəfə xaricdə müdafiə sənayesi sərgilərindən birində iştirak edirdik. Azərbaycanın rəsmi nümayəndə heyəti ilə sərgidə bərabər stendləri gəzir, nümayiş etdirilən yeni müdafiə təyinatlı məhsullarla tanış olurduq. Birdən yaxınlaşdığımız bir stenddə şirkət rəhbəri Rəşadın üzərinə gələrək, “Rəşad abi hoş gelmişsin” deyə ona əl uzatdı. Rəşad yavaşca həmin şəxsə yanımda baqanımız var, ilk öncə onunla görüş deyə, şirkət rəhbərini xəbərdar etdi. Hörmətli nazirimizdə gülümsəyərək “Rəşadı sərgilərdə məndən yaxşı tanıyırlar” deyə zarafat etdi.

61130447 10157220910022556 7327049031123730432 nRəşad Süleymanov, Azərbaycanın region-dost ölkələri ilə, xüsusilə də Türkiyə-Azərbaycan müdafiə sənayesi əlaqələrinə böyük töhfə verən bir şəxs idi. Bunu Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir POLİQON jurnalına ünvanladığı məktubunda da bildirmişdir. İsmail Dəmir “keçdiyimiz günlərdə itirdiyimiz, Türkiyə-Azərbaycan müdafiə sənayesi əlaqələrinə nəşrləri ilə töhfə verən POLİQON – AZERİ DEFENCE jurnalının baş redaktoru Rəşad Süleymanova Allahdan rəhmət, ailəsinə, yaxınlarına və iş yoldaşlarına başsağlığı diləyirəm”, deyə bildirimişdir.

Rəşad Süleymanov hərbi jurnalist kimi həmişə dövlətimizin, ordumuzun yanında idi…

Süleymanov Rəşadın uşaqlıq dövrü müharibə bölgəsində keçdiyindən müharibə və onun acı nəticələri ilə yaxşı tanış idi və təcrübəsi vardı. 2014-cü ilin avqust hadisələrində, 2016-cı ilin Aprel döyüşləri zaman Müdafiə Nazirliyi ilə, 2019-cu ildə Qazax rayonu istiqamətində dövlət sərhədində baş verən lokal döyüşlər zamanı DSX ilə koordinasiyalı şəkildə işləyərək ictimaiyyətin dəqiq, qərəzsiz informasiyalarla təmin edilməsində iştirak etmişdi.69209687 10219957548673482 7399266148836966400 n

Döyüşlər, döyüş zonasında davranış, informasiyaların əldə edilməsi, yayılması və idarə olunması istiqamətində qazandığı təcrübəni torpaqlarımızın azad edilməsi uğrunda sentyabrın 27-də başalayan Vətən müharibəsində də bölüşmüşdür. Bir vətəndaş, jurnalist olaraq həlledici məqamda dövlətimizə, xalqımıza fayda vermiş, bu müqəddəs missiyada yaxından iştirak etmişdir. Rəşad yalnız jurnalist deyildi, o düşmənlə bütün cəbhələrdə vuruşan əsl vətən fədaisi idi. Rəşad Vətən müharibəsi vaxtı dövlətimiz üçün böyük işlər görmüşdü. Bəzi işləri məxfiçilik baxımından açıqlaya bilmərəm. Onu deyə bilərəm ki, Rəşad Böyük Britaniyadan embarqo qoyulmasına baxmayaraq başqa ölkə üzərindən ilkin tibbi yardım üçün xüsusi tibbi ləvazimatlar, qəlpədən qoruyan xüsusi eynəklər gətizdirib milli ordumuza çatdırmışdır. Bundan əlavə, xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu gün ordumuzda istifadə olunan bir çox müasir vasitələrin ölkəmizə gətirilməsində onun müstəsna xidmətləri var. Dəfələrlə şahidi olmuşam, sərgilərdə Azərbaycanın rəsmi nümayəndə heyəti xarici müdafiə sənayesi şirkətlərinin rəhbərliyi ilə görüşündə “məhsulunuzla bağlı ilk olaraq AZERİ DEFENCE jurnalında nəşr olunan məqalədən məlumat əldə etmişik” deyə bildiriblər.

Rəşad Süleymanovun vəfatı hamımız üçün faciə və gözlənilməz oldu.

126353419 10158738696212556 4427723408386130552 n 1Rəşadın ölümü həm xalqımız, həm dövlətimiz, həm də ordumuz üçün böyük itkidir. Rəşad kimi insanlar bu dünyaya az gəlir. Rəşadı uzun müddət yaxından tanıyan biri kimi deyə bilərəm ki, o fitri istedada malik şəxs idi. Bununla yanaşı Rəşad öz üzərində çox çalışırdı. Təəssüflər olsun ki, belə bir insanı vaxtsız itirdik. Onun yoxluğunun əziyyətini çəkirik. Tək təsəllimiz hər zaman ürəyi vətən eşqi ilə döyünən Rəşad Süleymanovun işğaldan azad olunmuş torpaqlarımızı görə bilməsi, qismən də olsa gəzib-dolaşması oldu. Hər zaman deyərdi “Qarabağ kimi ağır yükümüzü bizdən sonra gələn övladlarımızın, nəsillərimizin çiyinləri üzərinə buraxmamalıyıq. Torpaqlarımızı işğaldan azad edib bu dünyadan başı uca getmək istəyirəm”. Adı və xatirəsi mənim üçün həmişə əziz olan dostum Rəşad, bu dünyada 38 il şərəfli ömür yaşadı. Öz xeyirxah əməlləri, gördüyü işlərlə adını əbədiləşdirdi. 3 övladı bizə əmanətdir.

Allah rəhmət eləsin, məkanı cənnət olsun.

Elşən Abdulkərimov

CATEGORIES
TAGS