HavaXəbərlər

“Raytheon” şirkəti “RAIVEN Staring” sisteminin ilk uçuş sınağını keçirib

ABŞ-ın “Raytheon” şirkəti “RAIVEN Staring” sisteminin ilk uçuş sınağını uğurla tamamlayıb.

“Poliqon” “Raytheon”a istinadən xəbər verir ki, hava ilə soyudulan bu sensor kompleksi daha geniş situasiya məlumatlılığı və operatorun sağ qalma qabiliyyətini təmin edir.

Bildirilib ki, UH-60 “Black Hawk” helikopterinə inteqrasiya edilərək keçirilən sınaq zamanı üç sensordan ibarət “RAIVEN Staring” sistemi sıfır işıqlandırma şəraitində şəhər landşaftını, bataqlıq əraziləri və sahil xəttini 270 dərəcəlik baxış sahəsi ilə dəqiq xəritələndirib.

RAIVEN məhsul ailəsinin bir hissəsi olan “RAIVEN Staring” yeni nəsil elektro-optik və infraqırmızı (EO/IR) həllidir. Bu sistem miqyaslana və müxtəlif missiyalara – hava, quru və dəniz əməliyyatlarına uyğun şəkildə fərdiləşdirilə bilir. Onun açıq sistem arxitekturası inteqrasiyanı və komponentlərin yenilənməsini asanlaşdırır.

RAIVEN EO/IR məhsul ailəsi konfiqurasiya oluna bilir və sferik 360 dərəcəyə qədər baxış sahəsini dəstəkləyir. Bu isə obyektlərin aşkarlanması, tanınması və identifikasiyası prosesinin sürətini və dəqiqliyini əhəmiyyətli dərəcədə artırır. Nəticədə operatorlar çətin görmə şəraitində, müxtəlif relyeflərdə və döyüş ssenarilərində daha yaxşı görünüş əldə edir.

Back to top button