DənizXəbərlər

“Raytheon” SPY-6 radarlarının istehsalı üzrə yeni sifariş alıb

“Raytheon” şirkəti ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) üçün SPY-6 radarları ilə bağlı 1,8 milyard dollar dəyərində yeni istehsal və texniki dəstək müqaviləsi imzalayıb.

“Poliqon” “Raytheon”a istinadən xəbər verir ki,  bu müqavilə 2022-ci ilin mart ayında imzalanmış ilkin istehsal və təminat müqaviləsinin davamıdır.

Bildirilib ki, yeni müqavilədə nəzərdə tutulan əlavə seçimlər də icra edilərsə, onun ümumi dəyəri 3,3 milyard ABŞ dollarına çatacaq.

Hazırda SPY-6 radarları ABŞ HDQ-nin istismarda olan iki gəmidə xidmət göstərir, daha 11 gəmidə isə quraşdırılıb və müxtəlif sınaq mərhələlərindən keçir. Növbəti 10 il ərzində SPY-6 radarlarının ABŞ Hərbi Dəniz Qüvvələrinin 50-dən çox gəmisində tətbiq olunacağı gözlənilir. Bu isə donanmaya inkişaf edən təhdidlər qarşısında üstün aşkarlama imkanları və çoxməqsədli döyüş hazırlığı qazandıracaq.

Back to top button