Raytheondan yeni idarə olunan silah sistemi – FOTO
Raytheon şirkəti yeni idarə olunan silah sistemini təqdim edib. Bu barədə “AzeriDefence” şirkətin saytına istinadən məlumat verib.
Bu silah analoqları ilə müqayisədə daha mükəmməl hesab olunur. Silah sisteminə uzaq məsafədə hədəfləri dəqiq müəyyən edən infraqırmızı və vizual tənzimçilər daxildir.
“Bu sistem döyüş maşınının komandirinə məsələlərin icrası üçün yüksək imkanlar verir. Sistem müxtəlif döyüş platformalarına asan qurula bilər”, – deyə şirkətin vitse-prezidenti Glynn Raymer bildirib.
Tırtırlı və təkərli döyüş maşınları üçün nəzərdə tutulmuş sistem 360 dərəcə bucaq altında fırlanma qabiliyyətinə malikdir. Sistem 2 və 3-cü nəsil FLIR infraqırmızı sensorları ilə dəstəklənə, silahın atış mənzilindən kənarda yerləşən stasionar və mobil hədəfləri müəyyənləşdirə, sinfləndirə və təyin edə bilir. Tənzimçilər M249, M240, M2, MK-19, MK-47, M134 və M230LF kimi silahların, Griffin, Javelin, Stinger və TOW kimi raketləri idarə etməyə imkan verir.