
İsveçin “Saab” şirkəti RBS 70 qısamənzilli hava hücumundan müdafiə (HHM) sistemi üçün yeni “Bolide 2” raketini təqdim edib.
“Poliqon” xəbər verir ki, daha böyük döyüş başlığına və hədəfə yaxınlaşma mərhələsində daha yüksək uçuş performansına malik “Bolide 2” raketi RBS 70 HHM sisteminin imkanlarını əhəmiyyətli dərəcədə artırır.
Bundan əlavə, raketin təkmilləşdirilmiş modul konstruksiyası gələcəkdə modernizasiya və yenilənmələrin həyata keçirilməsinə imkan verir.
“Bolide 2”, RBS 70 sisteminin əvvəlki nəsil raketlərində istifadə olunan maneələrə qarşı davamlı idarəetmə metodunu qoruyub saxlayır. Yeni raketin tədarükünə 2027-ci ildən başlanacaq və o, RBS 70 NG sisteminin standart raketinə çevriləcək.
Yeni raket həm ən son RBS 70 NG kompleksindən, həm də əvvəlki nəsil RBS 70 sistemlərindən buraxıla bilir. Raketin hazırlanması çərçivəsində artıq bir sıra uğurlu sınaq atışları həyata keçirilib.




