RD-33MK mühərrikinin dövlət sınaqları başlayıb

“Klimov” təcrübi-konstruktor bürosunun (TKB) hazırladığı RD-33MK mühərrikinin dövlət sınaqları başlayıb. “AzeriDefence”nin “Klimov” TKB-yə istinadən verdiyi məlumata görə,
RD-33MK mühərriki 1980-cı illərdə An-29 təyyarələri üçün hazırlanmış məşhur RD-33 mühərrikinin ciddi müasirləşdirilmiş variantıdır.

RD-33MK yaradılması üzrə işlərə Hindistanının MiQ-29K təyyaələri qırıcılarının çatdırılması müqaviləsi çərçivəsində 2004-cü ildə başlanıb. Yeni mühərriklə təyyarənin birinci uçuşu 2007-ci ildə edilib. 2010-cu ildən bu mühərriklə təchiz edilmiş MiQ-29K/KUB təyyarələri xarici müştərilən diqqətini cəlb etməyə başlayıb. Qeyd edək ki, bu mühərriklərlə təchiz edilmiş təyyarələrin sifarişçiyə 2013-cü ildən etibarən çatdırılması planlaşdırılır. Bundan başqa, Rusiyanın hərbi dəniz donanması RD-33MK mühərrikiylə təchiz edilmiş MiQ-29K/KUB təyyarələrini qəbul edəcək.

Mühərrik FADEC tipinin avtomatik idarəsinin müasir rəqəmli sistemiylə təchiz edilib. Dünya bazarında belə sinifdən olan mühərriklərin bir ədədi orta hesabla $4,5 milyona satılır.

CATEGORIES