Rəşad Nəbiyev və Haluk Görgün arsasında görüş keçirilib
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünlə görüşüb.
Bu barədə “Poliqon”a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşdə İKT, kosmik sənaye, süni zəka və kibertəhlükəsizlik sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Azərbaycanda bu sahələrdə təlim proqramlarının həyata keçirilməsi və iki ölkə mütəxəssislərinin təcrübə mübadiləsinin təşkili istiqamətində tədbirlər görülməsi qərarlaşdırılıb.
CATEGORIES Xəbərlər
TAGS Manşet