“Rheinmetall” 35 mm-lik mərmilərin ilk partiyasını Ukraynaya göndərib

“Rheinmetall” 35 mm-lik mərmilərin ilk partiyasını Ukraynaya göndərib

Almaniyanın “Rheinmetall” şirkəti “Gepard” zenit-top kompleksləri tərəfindən istifadə olunacaq 35 mm-lik mərmilərin ilk partiyasını Ukraynaya göndərib.

“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, cari ilin sonuna kimi ümumilikdə 40 min ədəd 35 mm-lik mərminin istehsal olunması və Ukraynaya çatdırılması planlaşdırılıb.

Xatırladaq ki, sözügedən tədarük Almaniya Müdafiə Nazirliyinin Ukraynanın “Gepard” zenit-top kompleksləri üçün cari ilin fevral ayında “Rheinmetall”a verdiyi 300 min ədəd 35 mm-lik mərmi sifarişi əsasında həyata keçirilir.

Bir neçə yüz milyon avro dəyərindəki sifarişə əsasən, istehsal ediləcək mərmilərin 150 min ədədinin APDS-T (Armour Piercing Discarding Sabot – Tracer), digər 150 min ədədinin isə HEI-T (High Explosive Incendiary – Tracer) tipli olması nəzərdə tutulub.

Qeyd edək ki, sifarişə uyğun şəkildə Ukrayna Silahlı Qüvvələrinə əvvəlcə APDS-T tipli mərmilər göndərilib. HEI-T tipli mərmilərin çatdırılmasına isə 2024-cü ilin ortalarından başlanacaq.

CATEGORIES
TAGS