“Rheinmetall” Bundesver üçün “gələcəyin əsgəri” konsepsiyasını hazırlayıb

Almaniyanın “Rheinmetall” şirkəti yeni nəsil Bundesver üçün “gələcəyin əsgəri”nin ilk konsepsiyasını təqdim edib. “Rheinmetall Electronics” şirkəti “gələcəyin əsgəri” layihəsinin baş podratçısıdır və bir çox şirkət isə subpodratçı qismində iştirak edir.
“Poliqon” xəbər verir ki, bu barədə 16 iyul tarixində “Rheinmetall” şirkətinin mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətinin məlumatında alman əsgərlərinin gələcək qeydiyyatı üçün Almaniya Silahlı Qüvvələrinə İdZ-ES sisteminin təqdim olunduğu bildirilib.
Təqdimat, Almaniya Müdafiə Nazirliyi ilə “Rheinmetall” şirkəti arasında 2021-ci ilin mart ayında imzalanmış müqavilə əsasında aparılan hərtərəfli araşdırmanın ilkin nəticəsidir.
Tədqiqatın məqsədi yeni üçüncü nəsil konsepsiyasını inkişaf etdirməkdən ötrü artıq Bundesverdə işləyən mövcud sistemin mümkün təkmilləşdirilməsini öyrənmək və qiymətləndirməkdir.
Bundesver bu təqdimatı üçüncü nəsil IdZ-ES satınalma qərarı üçün təkliflər hazırlamaqdan ötrü əsas olaraq istifadə edəcək.
Müqavilə şərtlərinə uyğun olaraq, aparılan tədqiqatlar 30 may 2022-ci ilə qədər tamamlanmalıdır. Əldə edilmiş nəticələrdən asılı olaraq, Bundesverin daima təkmilləşdirilmiş rəqəmsal sistemlərə ehtiyacı olduğunu nəzərə alaraq, bu “Rheinmetall” şirkəti üçün başqa yeni bir əhəmiyyətli müqavilə ilə yekunlaşa bilər.
Əldə edilmiş razılaşmaya əsasən, ayrı-ayrı mövzular üzrə aralıq hesabatlar 22 noyabr 2021-ci il və 30 may 2022-ci il tarixlərində, tədqiqatın əhatə etdiyi bütün fəaliyyətlərə dair yekun hesabat isə, 30 may 2022-ci il tarixində təqdim edilməlidir.
Tədqiqat, ümumilikdə döyüş sursatı, qoruyucu avadanlıq və s. alt sistemlər daxil olmaqla bir çox alt sistemlərindən ibarət tam İdZ-ES sistemini təşkil edən yeddi iş paketini əhatə edir.
İşlərin gedişatı zamanı sınaq və nümayiş üçün nümunələr də hazırlanacaq.
Əhəd Əzizov




