“Rheinmetall” Bundesverə 30 mm-lik mərmilər tədarük edəcək

“Rheinmetall” Bundesverə 30 mm-lik mərmilər tədarük edəcək

Almaniyanın “Rheinmetall” şirkəti Bundesverin “Puma” piyadaların döyüş maşınları (PDM) üçün 30 mm-lik mərmilər tədarük edəcək.

“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, bununla bağlı tərəflər arasında 600 min ədəd orta kalibrli sursatın tədarükünü nəzərdə tutan 576 milyon avro dəyərində müqavilə imzalanıb.

Müqaviləyə görə şirkətin 30 mm-lik DM21 sursatının 25 min ədəddən ibarət ilk pariyasını cari ilin sonuna kimi Almaniya Ordusuna təhvil verməsi planlaşdırılıb.

Qeyd edək ki, Almaniya Ordusunun “Puma” PDM-ləri “Rheinmetall”ın MK30-2/ABM avtomatik topları ilə təchiz olunub. Quru, hava və dəniz hədəflərini məhv etmək bacarığına malik olan MK30-2/ABM-in atış məsafəsi 2000 metrdən çoxdur. Silah sistemi şirkət istehsalı olan KE-TF DM21 və KE DM33 mərmilərindən istifadə edir.

 

Elşən Abdulkərimov

Poliqon.az

CATEGORIES
TAGS