“Rheinmetall” Norveç Ordusuna yük maşınları tədarük edib

“Rheinmetall” Norveç Ordusuna yük maşınları tədarük edib

Almaniyanın “Rheinmetall” şirkəti tərəfindən istehsal olunan HX və TGS-MIL tipli yük maşınları Norveç Ordusuna çatdırılıb.

“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, yük maşınları 2022-ci il avqustun 23-də “Rheinmetall MAN Military Vehicles” şirkətinin, Norveç Hərbi Satınalmalar Agentliyinin (NDMA) və Silahlı Qüvvələrin yüksək rütbəli zabitlərinin iştirakı ilə keçirilən mərasimdə təhvil edilib.

Şirkət tərəfindən bildirilib ki, Norveç Ordusuna tədarük edilən ilk partiyanın tərkibinə 109 ədəd müxtəlif tipli yük maşını daxildir.

Bunlar kran sistemi ilə təchiz edilən 24 ədəd HX 8×8, ağır yüklü qoşquların daşınması üçün 56 ədəd TGS-MIL 6×6, habelə fərqli variantda 29 ədəd TGS 4×4 və 6×6 yük maşınlarıdır.

Poliqon.az

CATEGORIES
TAGS