“Rheinmetall” şirkəti ABŞ-a yüngül artilleriya topları tədarük edəcək

“Rheinmetall” şirkəti ABŞ-a yüngül artilleriya topları tədarük edəcək

Almaniyanın “Rheinmetall” konserni ABŞ Ordusunun Milli Müdafiə Strategiyasını (National Defense Strategy) dəstəkləmək üçün yüngül artilleriya topları layihəsinə həlledici töhfə verir.

Bu barədə “Poliqon” “Rheinmetall” konserninin mətbuat xidmətinə istinadən məlumat verib.

Konsernin “American Rheinmetall Munition” törəmə şirkəti ABŞ Ordusuna daha qısa və yüngül artilleriya sistemi tədarükü barədə 2,5 milyon ABŞ dollarlıq müqavilə imzalayıb.

Yüngül artilleriya topu ordunun artilleriya sistemlərinin hərəkətliliyini, manevr qabiliyyətini və ölümcüllüyünü artıracaq, həmçinin ordunun bütün haubitsa parkı üçün axtardığı uzaq məsafədən atəş açmaq imkanı verəcək. Bundan başqa o, ABŞ Ordusunun gələcək nəsil silahları üçün davam edən qabiliyyət qiymətləndirməsini daha da məlumatlandıracaq.

Döyüş Bacarıqlarının İnkişafı Mərkəzinin (Development Command Armaments Center – DEVCOM AC) Hərbi Komandanlıq və Silahlanma Mərkəzi rəhbərinin müavini polkovnik Lans Qrin (Lance Green) bildirib ki, DEVCOM AC layihəsi elm və texnologiya sahəsində bir çox digər aktiv səylərlə birlikdə döyüşçülərə açıq üstünlüklər verə bilər.

“American Rheinmetall Munition” şirkətinin baş direktoru Con Somiçin (John Somich) sözlərinə görə, yeni silahlar artilleriya müharibəsindəki qaydaları dəyişəcək.

“Biz Orduya gələcək nəsil uzunmənzilli odlu silah texnologiyasını inkişaf etdirmək və xüsusən də oyunun qaydalarını dəyişdirə bilən qabaqcıl yüngül haubitsa texnologiyalarının prototipini yaratmaq səylərində dəstəkləməkdən qürur duyuruq”, – deyə Con Somiç bildirib.

Qeyd olunur ki, “American Rheinmetall Munition” şirkəti indi ABŞ-da innovativ silahların və yeni nəsil döyüş sursatlarının əsas təchizatçısı kimi rolunu genişləndirir. Şirkət “Rheinmetall” və onun törəmə şirkətləri tərəfindən təklif olunan dünya səviyyəli sursat və silahların qlobal portfelinə əsaslanır. Onilliklər ərzində şirkət ABŞ ordusu üçün yüksək xüsusiyyətlərə malik döyüş sursatları istehsal və təchiz edir.

Bu artilleriya silahı prototipinin inkişaf etdirilməsi üzrə yeni müqavilə “American Rheinmetall Munition” şirkətinin ordu üçün həyati tərəfdaş olmaq və yeni nəsil texnologiyanı çatdırmaq öhdəliyini nümayiş etdirməkdən ötrü başqa bir fürsətdir.

Xatırladaq ki, “American Rheinmetall Munition” (Virciniya ştatı, Stafford şəhəri) şirkəti, ABŞ-ın “American Rheinmetall” müdafiə şirkətləri qrupunun tərkibinə daxil olan “American Rheinmetall Systems” (Men ştatı, Biddeford şəhəri), “American Rheinmetall Vehicles” (Miçiqan ştatı, Sterlinq-Hayts şəhəri) və “American Rheinmetall Defence” (Virciniya ştatı, Reston şəhəri) ana şirkətinin bir hissəsidir.

Əlavə olaraq qeyd edək ki, bu il ABŞ Müdafiə Nazirliyi M109A7 özüyeriyən haubitsaların və M992A3 tırtıllı sursat daşıma vasitələrinin istehsalı və çatdırılması üçün iki dəfə müqavilə təkmilləşdirilməsini elan edib.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS