“Roketsan” “Alka” lazer silahını ilk sifarişçiyə təhvil verəcək

“Roketsan” “Alka” lazer silahını ilk sifarişçiyə təhvil verəcək

“Roketsan” şirkəti tərəfindən istehsal edilən yönləndirilmiş enerji silah sistemi olan “Alka” lazer silahının istehsalı davam etdirilir.

“Roketsan” şirkətindən “Poliqon”a verilən məlumata görə, Türkiyə Əmniyyət Baş İdarəsinin ehtiyaclarını qarşılamaq üçün başladılan layihə çərçivəsində 2021-ci il ərzində “Alka” lazer silahının yaradılma və istehsal prosesi keçirilib.

Tərəflər arasında imzalanmış müqaviləyə əsasən “Alka” lazer silahının ilk partiyası 2022-ci ildə sifarişçiyə təhvil veriləcək.

“Alka” lazer silahları yaşayış məntəqələrində bombalı tələlərinin, yol kənarlarında yerləşdirilən əldəqayırma partlayıcı qurğuların (ƏPQ) zərərsizləşdirilməsi, habelə hədəf üçün xüsusi olaraq hazırlanmış və üzərində faydalı ( kamera, partlayıcı maddələr və s.) yükləri olan, fərqli idarəolunan həllər ilə kruiz xüsusiyyətləri qazandırılmış mini/mikro PUA və dron sürülərini təhlükəsiz məsafədə dayandırmaq və ya məhv etmək məqsədi ilə hazırlanıb.

Poliqon.az

CATEGORIES
TAGS