“Roketsan” “Çakır” raketlərində yerli mühərrikdən istifadə edəcək

“Roketsan” “Çakır” raketlərində yerli mühərrikdən istifadə edəcək

Türkiyənin “Roketsan” şirkəti raket mühərrikləri üçün yerli “Kale Arge” şirkəti ilə müqavilə bağlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir bildirib.

Müqaviləyə əsasən “Kale Arge” şirkəti “Roketsan” tərəfindən istehsal olunan “Çakır” qanadlı raketlərində istifadə olunacaq KTJ-1750 turboreaktiv mühərriklər hazırlayacaq.

Qeyd edək ki, “Kale Arge” şirkəti bundan əvvəl Türkiyənin ilk turboreaktiv raket mühərriki olan KTJ-3200-ü hazırlayıb və bu yaxınlarda kütləvi istehsalına başlayıb. “Roketsan” şirkətinin SOM və “Atmaca” raketləri üçün KTJ-3200 mühərriklərinin hazırlanmasından sonra şirkət yeni mühərrik layihələrini həyata keçirir. Habelə, “Kale Arge” ARAT layihəsi çərçivəsində GEZGİN naviqasiya raketinə quraşdırılacaq milli turboreaktiv mühərrik hazırlayır.

Türkiyənin xaricdən aldığı turboreaktiv raket mühərrikləri embarqoya məruz qaldığından “Kale Arge” şirkətinin “KTJ seriyalı mühərriklər” adlandırılan turboreaktiv mühərrik ailəsi ilə ölkənin bu sahədə xarici asılılığına son qoyulur.

Rivan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS