“Roketsan” IDEF-2021 sərgisinə öz möhürünü vurdu

“Roketsan” IDEF-2021 sərgisinə öz möhürünü vurdu

IDEF–2021 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində önəmli müqavilələr imzalanır.

“Poliqon”un İDEF-2021 sərgisində iştirak edən əməkdaşının verdiyi məlumata görə, sərginin 2-ci günü “Roketsan” şirkəti ilə Türkiyənin Müdafiə Sənayesi Başqanlığı (SSB) arasında “Kara Atmaca” müqaviləsi bağlanılıb.

Həmçinin, “Roketsan” şirkəti “Kale Havacılık” şirkəti və SSB arasında “Roketsan” tərəfindən milli imkanlar hesabına yaradılmış SOM “hava-yer” tipli raket və “Atmaca” gəmi əleyhinə raketlər üçün KTC-3200 turbojet mühərriklərin tədarükü və inteqrasiyasına dair müqavilə imzalanıb.

Tərəflər milli mühərriklərin istehsalının artırılması ilə Türkiyənin bu istiqamətdə rəqabətdə irəliləyəcəyini diqqətə çatdırıb.

IMG 20210819 020601 IMG 20210819 020534 IMG 20210819 020132

Poliqon.az

CATEGORIES
TAGS