
ROKETSAN-ın AKYA torpedosunun sınaqları keçirilib
Türkiyənin ROKETSAN şirkəti tərəfindən hazırlanan AKYA torpedosunun “Gür” sualtı gəmisində sınaqları keçirilib.
“Poliqon” xəbər verir ki, bu barədə ROKETSAN şirkətinin sosial media hesabında deyilib.
Bildirilib ki, Marmara dənizində “Gür” sualtı gəmisindən buraxılan AKYA təlim torpedosunun atış sınaqları uğurla nəticələnib.
Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının ehtiyaclarını ödəmək üçün nəzərdə tutulan AKYA ağır torpedo sinifi layihəsi uğurla davam edir.
Qeyd edək ki, Türkiyə Hərbi Dəniz Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün hazırlanan müasir AKYA ağır torpedonun uzunluğu 7 metr təşkil edir. 533 millimetr diametrli AKYA 350+ kiloqram döyüş başlığı daşıyır.
CATEGORIES Xəbərlər