“Roketsan” İndoneziyada raket sistemləri istehsal edəcək

“Roketsan” İndoneziyada raket sistemləri istehsal edəcək

Türkiyənin “Roketsan” şirkəti İndoneziyada müxtəlif raket sistemlərinin istehsalını həyata keçirəcək.

“Poliqon” “Indonesia Business Post”a istinadən xəbər verir ki, bununla bağlı Türkiyənin “Roketsan” və  İndoneziyanın “PT Republik Korpora Indonesia” (REPUBLIKORP) şirkətləri arasında birgə müəssisənin yaradılmasına dair müqavilə imzalanıb.

Müqavilə müxtəlif ağıllı sursatların, qanadlı və gəmi əleyhinə raketlərin istehsalını əhatə edir. Bu çərçivədə yaradılacaq birgə müəssisə həm də İndoneziyanın yerli müdafiə sənayesi potensialını artırmaq məqsədi daşıyır.

CATEGORIES
TAGS