“Roketsan” “Levent” HHM sisteminin original prototipini nümayiş etdirib

“Roketsan” “Levent” HHM sisteminin original prototipini nümayiş etdirib

Türkiyənin “Roketsan” şirkəti İstanbul şəhərində keçirilən IDEF-2023 sərgisində “Levent” hava hücumundan müdafiə (HHM) sisteminin ilk dəfə original prototipini nümayiş etdirib.

“Poliqon” xəbər verir ki, əsasən dəniz platformalarına, suüstü gəmilərə yaxın hava təhlükəsizliyi təmin edəcək “Levent” Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub. 

Qeyd edək ki, bundan əvvəl “Levent” HHM sisteminin maketi ölkə daxilində ilk dəfə IDEF-2021, ölkə xaricində isə Birləşmiş Ərəb Əmirliklərində keçirilən IDEX-2023 sərgisində təqdim olunub.

Levent raket e1690274384499

Poliqon.az

CATEGORIES