QuruXəbərlər

“Roketsan” PUA-lara qarşı CİRİT ANTİ-İHA raketini sınaqdan keçirdi – VİDEO

Türkiyənin “Roketsan” şirkəti yeni hazırladığı CİRİT ANTİ-İHA raketinin atış sınağını uğurla həyata keçirib.

“Poliqon” “Roketsan”a istinadən xəbər verir ki, sınaq zamanı PUSU silah sistemindən buraxılan CİRİT ANTİ-İHA raketi hava hədəfini yüksək dəqiqliklə məhv etməyi bacarıb.

Qeyd edək ki, CİRİT ANTİ-İHA raketi ilk dəfə SAHA 2026 sərgisində nümayiş etdirilib. “Roketsan”ın döyüş şəraitində özünü sübut etmiş lazerlə idarəolunan CİRİT raketinin yeni versiyası olan bu raket, pilotsuz uçuş aparatlarına qarşı istifadə edilən yüksək qiymətli zenit raketlərinə alternativ kimi hazırlanıb.

Yeni raket sayəsində hava təhdidlərinə qarşı bahalı hava hücumundan müdafiə platformaları və döyüş sursatları işə salmadan, uyğun döyüş şəraitində hədəflərin effektiv şəkildə zərərsizləşdirilməsi mümkün olur. Əvvəlki versiyadan fərqli olaraq, CİRİT ANTİ-İHA raketi yaxınlaşma sensoru və antidron döyüş başlığı ilə təchiz edilib.

Back to top button