“Roketsan” şirkəti mini ağıllı sursat ailəsini genişləndirir – VİDEO

“Roketsan” şirkəti mini ağıllı sursat ailəsini genişləndirir – VİDEO

“Roketsan” şirkətinin inkişaf etdirdiyi IIR tuşlamalı MAM-T və TV tuşlamalı MAM-L mini ağıllı sursatlarının atış sınağı həyata keçirilib.

“Poliqon” “Roketsan”a istinadən xəbər verir ki, sınaq zamanı “Akıncı” pilotsuz uçuş aparatından buraxılan mini ağıllı sursatlar hədəfləri dəqiqliklə vurub.

Qeyd edək ki, “Roketsan” şirkəti MAM-T sursatının IIR başlıqlı versiyasını ilk dəfə Türkiyədə keçirilən IDEF-2023 sərgisində təqdim edib. Cari il ərzində Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilməsi planlaşdırılan MAM-T IIR-in, infraqırmızı arayıcı başlıq sayəsində həm dəqiqliyi, həm də mənzili artırılıb.

MAM-T IIR-in texniki xüsusiyyətləri:

  • Uzunluğu – 1.4 m
  • Çapı – 230 mm
  • Maksimum mənzili – 50 + km
  • Maksimum uçuş müddəti – 500 san

Bundan başqa, MAM-T IIR sursatının imkanlarının şaxələndirilməsi çərçivəsində DUAL SERKER (IIR+TV xüsusiyyətli arayıcı başlıq) ilə də 2024-cü il ərzində ilk uçuş sınaqlarının keçirilməsi hədəflənib.

CATEGORIES
TAGS