“Roketsan” şirkəti qabaqcıl raket və HHM sistemlərini Əbu-Dabidə sərgiləyir

“Roketsan” şirkəti qabaqcıl raket və HHM sistemlərini Əbu-Dabidə sərgiləyir

Türkiyənin “Roketsan” şirkəti qabaqcıl məhsul və xidmətlərini Əbu-Dabi şəhərində keçirilən IDEX-2025 Beynəlxalq Müdafiə Sərgisi və Konfransında nümayiş etdirir.

“Poliqon” xəbər verir ki, “Roketsan”ın sərgidə nümayiş etdirdiyi yeni məhsulların sırasına LG-155 lazerlə idarə olunan artilleriya sursatı, L-OMTAS lazerlə idarə olunan orta mənzilli tank əleyhinə raket sistemi, LUMTAS-GM artırılmış məsafəyə sahib lazerlə idarə olunan uzun mənzilli tank əleyhinə raket sistemi, “hava-yer” tipli İHA-122 və İHA-230 səsdən sürətli ballistik raketləri, “Burç” mobil hava hücumundan müdafiə (HHM) sistemi, MİDLAS buraxıcı qurğusu, “yer-hava” tipli SİPER Blok 1 və Siper Blok 2 tutucu raketləri daxildir.

Bunlardan başqa, şirkət tərəfindən IDEX-2025 sərgisində SOM raketi, “Çakır” qanadlı raketi, “yer-yer” tipli TRLG-122 və TRLG-230 raket sistemləri, “Mete” idarə olunan mini raketi, “Cirit” tank əleyhinə idarə olunan raketi, KARAOK tank əleyhinə raket kompleksi, KMC-U silah sistemi, “Sungur” daşınan zenit-raket kompleksi və s. məhsullar nümayiş olunur.

Türkiyə Quru Qoşunlarının ən əhəmiyyətli zərbə gücü olan artilleriya sistemləri üçün hazırlanmış LG-155 lazerlə idarə olunan artilleriya sursatı 25 kilometrə qədər mənzilə və 22 kiloqramlıq döyüş başlığına malikdir.

Lazerlə idarə olunan orta mənzilli tank əleyhinə raket sistemi L-OMTAS yarı aktiv lazer arayıcı başlığı ilə hədəflərini dəqiqliklə vuracaq. Üç ayaqlı platformalardan buraxıla biləcək L-OMTAS tanklar, zirehli maşınlar və beton bunkerlər kimi sərt hədəfləri məhv edəcək.

SİPER zenit-raket sistemi (ZRS) tərəfindən istifadə edilən SİPER Blok 1 və Siper Blok 2 tutucu raketləri düşmənin təyyarələrini, helikopterlərini, PUA-larını, qanadlı və “hava-yer” raketlərini zərərsizləşdirmək üçün nəzərdə tutulub. SİPER Blok 1 raketinin uzunluğu 5.4 metr, diametri 370 mm və mənzili 100+ kilometrdir. Siper Blok 2 raketinin isə uzunluğu 6.3 m, diametri 630 mm və mənzili 150+ km-dir.

WhatsApp Image 2025 02 19 at 09.30.50 WhatsApp Image 2025 02 19 at 09.30.57 WhatsApp Image 2025 02 19 at 09.30.56 WhatsApp Image 2025 02 19 at 09.30.52 WhatsApp Image 2025 02 19 at 09.30.45 WhatsApp Image 2025 02 19 at 09.30.41

CATEGORIES
TAGS