“Roketsan”ın SOM və “Atmaca” raketləri KTJ-3200 mühərriki ilə uçacaq

“Roketsan”ın SOM və “Atmaca” raketləri KTJ-3200 mühərriki ilə uçacaq

Türkiyənin “Kale Arge” şirkəti tərəfindən hazırlanan KTJ-3200 turboreaktiv mühərrikləri bu il ərzində sifarişçiyə çatdırılacaq.

“Poliqon”un məlumatına görə, bunu “Kale Tekniki Qrup”un sədri Osman Okyay deyib.

Onun sözlərinə görə, Türkiyənin ilk turboreaktiv mühərriki olan KTJ-3200-ün hazırlanma prosesi tamamlanıb və seriyalı istehsalı fəaliyyətlərinə başlanılıb.

Osman Okyay, qanadlı raketlər üçün nəzərdə tutulan KTJ-3200 turboreaktiv mühərriklərin ilk partiyasını bu il sifarişçiyə təhvil verməyi planlaşdırdıqlarını bildirib.

KTJ-3200 mühərrikində xarici asılılığın olmadığını qeyd edən Osman Okyay, bu səbəbdən heç bir embarqo və məhdudiyyət olmayacağını deyib.

Qeyd edək ki, KTJ-3200 turboreaktiv mühərrikləri “Roketsan” şirkətinin istehsalı olan SOM və “Atmaca” raketlərində istifadə olunacaq.

Poliqon.az

CATEGORIES
TAGS