“Roketsan”ın “Sungur” DZRK-sinin ilk partiyası silahlanmaya verilib

“Roketsan”ın “Sungur” DZRK-sinin ilk partiyası silahlanmaya verilib

“Roketsan” şirkəti tərəfindən milli imkanlarla dizayn edilərək hazırlanan və istehsal edilən “Sungur” portativ (daşınabilən) hava hücumundan müdafiə sisteminin çiyindən atılan versiyası Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına verilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir özünün rəsmi “Twitter” hesabında bildirib.

Onun sözlərinə görə, bir əsgər tərəfindən çiyindən atılan “Sungur” zenit-raket kompleksi (ZRK) pilotsuz uçuş aparatları, reaktiv təyyarə və helikopterlərə qarşı təsirli olacaq.

“Sungur” ZRK Türkiyə Silahlı Qüvvələrinin HHM sistemində olan “Stinger” (FIM-92B/C) daşınabilən zenit-raket kompleksilərini (DZRK) əvəz etmək üçün hazırlanıb. “Sungur” ZRK portativ xüsusiyyəti ilə yerüstü, hava və dəniz platformalarına inteqrasiya oluna bilər. Quru Qoşunlarını qanadlı raketlərə, PUA-lara, alçaqdan uçan sabit qanadlı təyyarələrə və helikopterlərə qarşı qısa mənzilli hava hücumundan müdafiə təmin edən “Sungur” yaxın mənzilli mobil ZRK yerdən havaya atəş aparan PORSAV Milli MANPADS sistemi ilə təchiz edilib.

“Sungur” ZRK hava elementlərinə qarşı effektivliyi və yüksək manevr qabiliyyəti, yüksək hədəfvurma qabiliyyəti və əks tədbir xüsusiyyəti, titan döyüş başlığı və hədəfin uzun məsafədən müşahidəsini təmin edən nişangah qabiliyyəti ilə öz sinfini önləyən bir sistemdir. Kompleks hərəkətdə atış qabiliyyəti, gecə-gündüz hədəf təsbiti, təhlili, tanıması, izləməsi kimi xüsusiyyətlərə sahibdir. Düşmənin 4+ km hündürlükdə və 8 km məsafədə uçan hədəflərinin məhv edilməsini təmin edir.

vs220724 003 1024x576 1

vs220724 009 1024x576 1

vs220724 007 1024x576 1

vs220724 005 1024x576 1

vs220724 006 1024x576 1

CATEGORIES
TAGS